Milyarder Kuzmiçev Rusiyadan kömək almaq arzusunu bildirməlidir.
Elchi.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov milyarder Aleksey Kuzmiçevin Fransa hakimiyyəti tərəfindən saxlanmasına münasibət bildirib. Peskovun sözlərinə görə, Kuzmiçev Rusiya Federasiyasının vətəndaşıdır və əgər məhbusun özünün istəyi olarsa, dövlət onun hüquqlarını qorumağa kömək edəcək.
“Başa düşdüyüm qədər, o (Kuzmiçev) Rusiya Federasiyasının vətəndaşıdır, müvafiq olaraq, biz diplomatik nümayəndəliyimiz vasitəsilə Rusiya Federasiyası vətəndaşının saxlanması barədə məlumat almalıyıq”, – Peskov qeyd edib.
Kreml nümayəndəsi əlavə edib ki, Rusiya mübahisəli vəziyyətdə vətəndaşını özü istəsə, onu mütləq dəstəkləyəcək. Lakin Peskov etiraf edib ki, Kuzmiçevin onu çirkli pulların yuyulmasında şübhəli bilinən Fransa polisi saxlaması ilə bağlı təfərrüatları bilmir.
Şayəstə Hüseynova






