Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili” mövzusunda qərargah məşqi keçirilib.
FHN-dən Elchi.az-a verilən məlumata görə, qərargah məşqinin keçirilməsində əsas məqsəd sözügedən regionda əməliyyat şəraitinin daim nəzarətdə saxlanılması, baş verə biləcək fövqəladə hadisələr zamanı çevik və operativ qərarların qəbul olunması, əhalinin vaxtında xəbərdar edilməsi və zəruri tədbirlərin görülməsi ilə bağlı şəxsi heyətin peşəkar vərdişlərinin təkmilləşdirilməsi olub.
Məşqin gedişində əsas diqqət fövqəladə hallar zaman əməliyyat planlarının reallığının yoxlanılması, fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi və komandir-rəis heyətinin idarəetmə bacarıqlarının artırılmasına yönəlib.
Uğurla icra edilən məşqdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.







