"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Biləsuvarda 2014-cü ilin hesabat yığıncağı keçirilib

17 Fevral 2015 - 20:13
in MANŞET

Biləsuvarda 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı 11007430_825943044138670_1142313681_nkeçirilib

Bu gün Biləsuvarda rayon İcra Hakimiyyəti başçısının 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Hesabat öncəsi qonaqlar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoydular. Daha sonra tədbirin keçirildiyi Heydər Əliyev Mərkəzinin həyətində geniş sərgilənmiş, rayonun kənd təsərrüfatı sahəsindəki əldə olunmuş bol çeşidli məhsul nümunələrinə, eləcə də mədəniyyət, incəsənt, idman sahəsində gənclərin qazandığı parlaq qələbələrini əks etdirən medal və təltiflərinə, əl işlərinə, sənət nümunələrinə baxış keçirildi.
H.Əliyev Mərkəzinin geniş iclas salonunda davam edən yığıncaqda ilk olaraq rayonun sosial-iqtisadi sahədə davamlı inkişafından bəhs edən sənədli film nümayiş olundu.
Qonaqları salamlayan Biləsuvar Rayon İcra Hakimiyyətinin başcısı Mahir Quliyev geniş məruzəsində bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edən ölkəyə çevrilib. İndi onun hər bölgəsində abadlıq, quruculuq işləri aparılır. Respublikamızın hər bir bölgəsində olduğu kimi rayonumuzda da sosial-iqtisadi inkişaf sahəsində aparılan işlər 2014-cü ildə də uğurla davam etdirilmişdir. Belə ki, ötən il ümumi məhsul buraxılışının həcmi 198.7 milyon manat olmuşdur. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatının payı 97.3 milyon, ticarətdə 51.4 milyon, tikintidə 31.1 milyon, sənayedə 15.8 milyon, nəqliyyatda 2.7 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur. 2014-cü il ərzində əsas kapitala yönələn investisiyalar 32.1 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 151.8 milyon manat təşkil etmişdir. Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 2041 manat, orta aylıq əməkhaqqı isə 281 manat olmuşdur. Hesabat dövründə rayon üzrə əhalinin gəlirləri 270 milyon manat, adambaşına düşən gəlirlərin həcmi isə 2670 manat olmuşdur.Əhalinin sosial rifah halının yaxşılaşması və pul gəlirlərinin artmasının nəticəsidir ki, 2014-cü ildə 154 fərdi ev tikilmişdir.
Rayonda Dövlət Proqramından irəli gələn tədbirlərin yerinə yetirilməsi sayəsində aqrar bölmədə ümumi məhsul istehsalının həcmi artmış, məhsuldarlıq yüksəlmiş və kənd təsərrüfatında çalışan insanların həyat səviyyəsi xeyli yaxşılaşmışdır. Ölkə başçısının aqrar sahənin inkişafına, ərzaq təhlükəsizliyinin təmin edilməsinə göstərdiyi ciddi diqqətin nəticəsidir ki, məhz 2015-ci il respublikamızda “Kənd təsərrüfatı ili” elan edilmişdir.Hesabat dövründə aqrar sahədə ümumi məhsul istehsalının həcmi 97.3 milyon manat təşkil etmişdir ki, bu da 2013-cü ilin müvafiq dövrünə nisbətən 4 faiz çoxdur.2014-cü ildə əkin sahələrinin 18,6 min hektarında yazlıq, 25,7 min hektarında isə payızlıq bitkilər əkilmişdir. Payızlıq bitkilərin 11 min hektarını buğda, 14,7 min hektarını arpa bitkisi təşkil etmişdir. Yazlıq bitkilərin isə 4416 hektarını pambıq, 2640 hektarını tərəvəz, 1132 hektarını günəbaxan və digər bitkilər təşkil edir. Ötən il əkin sahəsindən 28646 ton buğda, 34966 ton arpa məhsulu istehsal olunmuşdur.
Ölkəmizdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin inkişafına olan dövlət dəstəyi 2014-cü ildə də uğurla həyat keçirilmişir. Rayonda sahibkarlığın inkişafına kömək məqsədilə il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 113 sahibkarlıq subyektinə 1.4 milyon manat kredit verilmişdir. 18 sentyabr 2014-cü il tarixdə rayonda Sahibkarlığa Kömək Milli Fondu ilə birgə “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri” nə dair işgüzar forum keçirilmişdir. Görülmüş işlər nəticəsində 2014-cü ildə rayonda 1445 yeni iş yerləri açılmışdır.
Özünütənqid zəminində hazırlanan hesabat məruzəsində bildirilib ki, bütün uğurlarla yanaşı, çatışmazlıqlar da var. Belə ki, rayon təhsil şöbəsinin yarıtmaz fəaliyyəti diqqətə çatdırılmaqla, təhsildəki narahat durumdan çıxış yolları barədə ciddi ölçü götürülməsinə göstəriş verilmişdir. Bununla yanaşı qeyd olunmuşdur ki, rayonun elektrik təsərrüfatındakı hazırkı problemlər vətəndaşların haqlı narazılıqlarına yol açdığından, bu sahədə əsaslı dönüş yaradılmalı, müasir tələblərə uyğun elektrik xətləri çəkilməli, yeni abonentlər tam dayanıqlı elektrik enerjisi ilə təchiz olunmalıdır. Yeni içməli su və kanalizasiya xəttlərinin çəkilişi zamanı şəhər ərazisində aparılmış qazıntılar zamanı yaranmış mövcud çətinliklərlə əlaqədar başçı çıxışında aidiyəti qurumlara iradlarını da bildirdi.
Başçısı M. Quliyev məruzəsinin sonunda bildirdi ki, biləsuvarlılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının tapşırıq və tövsiyyələrini rəhbər tutaraq 2015-ci ili layiqli nəticələrlə başa vurmaqdan ötrü daha böyük əzmlə çalışacaqlar.
Məruzə ətrаfındа müzаkirələrdə Təhsli şöbəsinin müdiri Balaqardaş Kazımov, Suvarma Sistemlər İdarəsinin rəisi Ədalət Babayev, Səhiyyə şöbəsinin müdiri Şamil Cəfərov, Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov, Biləsuvar şəhər İcra nümayəndəsi Qabil Xammədov, rayon Aqroservis idarəsinin müdiri İman Mehrəliyev, “Biləsuvar Aqro” MMC-nin nümayəndəsi Vüqar Mirzəyev çıхış еdərək, 2014-cü ildə görülmüş işlərdən və əldə edilmiş uğurlardan dаnışıb, təklif və rəylərini söylədilər.
Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin Аdministrаsiyаsının məsul işçisi Habil Əzəmmətov çıхış еdərək rеspublikаmızın bütün sаhələrində gеdən inkişаfdаn, “Rеgiоnlаrın sоsiаl-iqtisаdi inkişаfı Dövlət Prоqrаmı”ndаn irəli gələn vəzifələrin uğurlа həyаtа kеçməsindən ətrаflı dаnışdı, sоnrа Biləsuvarın rеspublikаnın digər bölgələrin kimi dаhа dinаmik inkişаf və tərəqqi еtdiyini diqqətə çаtdırdı, rayonda аpаrılаn tikinti, quruculuq və аbаdlıq işlərinə yüksək qiymət vеrdi.
Tədbirdə rayonun sosial-iqtisadi və mədəni həyatında yaxından iştirak etdiyinə görə Bağbanlar kənd ərazi icra nümayəndəsi Valeh Əliyev və rayon ağsaqqalı, təqaüdçü Dadaş Ağayev rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif olundular.
Sonda iclas iştirаkçılаrı adından Аzərbаycаn Rеspublikаsının Prеzidеnti cənаb İlhаm Əliyеvə Müraciət ünvаnlаndı.

“Region-Press”

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Suriya ordusu Hələb ətrafında əməliyyatlara başlayıb

Next Post

Xocalı soyqırımı qurbanları anıldı

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Xocalı soyqırımı qurbanları anıldı

Elman Rüstəmov xalqa müraciət elədi: "Sakit olun..."

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.