Livandakı Hizbullah İsrail silahlı pilotsuz uçuş aparatını (PUA) vurduğunu bildirib.
Elchi.az xəbər verir ki, Hizbullaha yaxınlığı ilə tanınan Meyadin TV-nin internet saytında yer alan xəbərdə Hizbullahın İsrailə məxsus PUA-nı yer-hava raketi ilə vurduğu bildirilib.
Xəbərdə PUA-nın vurulmadan əvvəl Livan-İsrail sərhədi yaxınlığındakı Hunin və əl-Malikiye kəndləri üzərindən uçduğuna dair məlumatlar da paylaşılıb.
Nuranə Məmmədova






