Şotlandiya təmsilçisi “Seltik” klubu Fələstinə azarkeşlik edən “Yaşıl Briqada” qrupunun azarkeşlərini liqada “Sent Mirren”lə matçda stadiona buraxmayıb.
Elchi.az xəbər verir ki, İngilis mətbuatında yer alan xəbərlərə görə, Yaşıl Briqada azarkeş qrupu, Celtic idarə heyətinin tribuna qadağası səbəbiylə ‘klubu utandırdığını’ bildirdi.
Qərardan sonra Celtic Parkda oynanılan St Mirren matçında Yaşıl Briqadanın olduğu tribunalarda yüzlərlə yer boş qalıb.
Boş oturacaqların olduğu tribunalarda Fələstin bayrağının asıldığı görülüb. Dünən axşam oynanan liqa matçında tribunalarda olan bəzi Celtic tərəfdarları Fələstinə dəstəyini davam etdirdi.
“Seltik” klubu Fələstini dəstəkləyən “Yaşıl Briqada” qrupunun azarkeşlərinin ev matçlarına gəlməsini qadağan etmişdi. Bu qərarın UEFA Çempionlar Liqasının “Atletiko Madrid”lə oyununda azarkeşlərin tribunalarda Fələstin bayraqlarını açmasından sonra verildiyi vurğulanıb.
Şayəstə Hüseynova





