Almaniya Ukraynaya 25 Leopard 1A5 döyüş tankı və 5 yerüstü və kəşfiyyat pilotsuz təyyarəsi tədarük edib. Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, bunu Almaniya hökumətinin yenilənmiş siyahısı sübut edir.
Bu layihənin Danimarka ilə birgə maliyyələşdirildiyi aydınlaşdırılır. Ümumilikdə Almaniya artıq Ukrayna Silahlı Qüvvələrini 115 belə tankla təmin edib.
Bundan əvvəl Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev bəyan edib ki, Almaniya xüsusi əməliyyat başlayandan bəri Kiyevə hərbi dəstək üçün 4,2 milyard avro ayırıb.
Havar Şəfiyeva






