Rusiya Ukraynada denazifikasiya aparacaq, sonra Vladimir Zelenski hakimiyyətini itirəcək. Elchi.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin keçmiş kəşfiyyatçısı Skott Ritter “Ask The Inspector” “YouTube” kanalına müsahibəsində deyib.
Ekspert aydınlıq gətirib ki, Rusiya balanslaşdırılmış şəkildə hərəkət edir və artıq dağılmaq ərəfəsində olan Ukrayna Silahlı Qüvvələrinin məhvini tezliklə başa çatdırmaq üçün böyük əməliyyatlar aparır. “Ukraynanın denazifikasiyasından sonra Zelenski hökuməti bitəcək. Ukrayna ordusunun demilitarizasiyası artıq baş verir”,- deyə o bildirib.
Keçmiş kəşfiyyatçı hesab edir ki, Rusiya prezidenti Vladimir Putin son bir ildə heyrətamiz nəticələr əldə edib və kollektiv Qərbi məğlub edib.
Havar Şəfiyeva






