Çin prezidenti Si Cinpin bildirib ki, Ukrayna böhranında və ya İsrailin HƏMAS- la müharibəsində bir tərəfi dəstəkləmək yalnız münaqişələrin genişlənməsinə səbəb ola bilər.
Elchi.az xəbər verir ki, bu məlumatı RİA Novosti yayıb.
Si Cinpin vurğulayıb ki, Çin və Avropa ölkələri münaqişənin həlli strategiyasına riayət etməlidir. Onun fikrincə, Çin və Avropa gərginliyi azaltmaq, eləcə də regional sülh və inkişaf üçün birgə çalışmalıdır.
“İstər Fələstin-İsrail münaqişəsi, istərsə də Ukrayna böhranı, onu əsaslı şəkildə həll etmək üçün ümumi, hərtərəfli, əməkdaşlıq və davamlı təhlükəsizlik konsepsiyasına riayət etməliyik”, – Çin lideri bildirib.
Si Cinpin münaqişə tərəflərindən birinə birtərəfli dəstək və digərinin maraqlarına məhəl qoymamağı “digər dövlətlərin təhlükəsizlik məkanının daralması” adlandırıb.
Noyabrın 3-də Si Cinpin və Almaniya kansleri Olaf Şolz videokonfrans vasitəsilə danışıqlar aparıblar. Onların görüşünün əsas mövzuları Ukrayna böhranının nəticələri və Fələstin-İsrail münaqişəsi olub.
Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit’in dediyi kimi , danışıqlar zamanı Si və Scholz “qazanmaq mümkün olmayan bir nüvə müharibəsi ilə mübarizə apara bilməzsiniz”- deyib.
Nuranə Məmmədova






