ABŞ Dövlət Katibi Antoni Blinken, “Mülki itkilər azaldılmalıdır. Münaqişədə humanitar fasilələrin verilməsi bugünkü İsrail liderləri ilə danışıqlarımızın mühüm hissəsi idi”-deyib.
ABŞ dövlət katibi Antoni Blinken müharibə davam edərkən üçüncü dəfə İsrailə gedib.
Elchi.az xəbər verir ki, Blinken səfərdə olduğu və ikitərəfli görüşlər keçirdiyi Təl-Əvivdə açıqlamalar verib.
Blinken, “Mülki itkiləri azaltmaq üçün Netanyahu və İsrail rəsmiləri ilə konkret addımları müzakirə etdik. Yalnız Qəzzada deyil , İordan çayının qərb sahilində də mülki vətəndaşlar qorunmalıdır” dedi.
Blinken, “Qəzzada xəstəxanaların yanacağa çıxışını təmin edəcək mexanizmləri açıqladıq.
İsrail liderləri ilə Qəzzaya davamlı su, qida və dərman daşınmasını təmin edəcək konkret addımlar haqqında danışdıq” dedi.
Blinken davam etdi:
Bütün bu səylər humanitar vasitələrlə asanlaşdırılmalıdır. Münaqişədə humanitar fasilələrin təmin edilməsi bu gün İsrail liderləri ilə apardığımız müzakirələrin mühüm hissəsi idi.
Biz başa düşürük ki, humanitar müdaxilələrin hazırlanması və əlaqələndirilməsi üçün vaxt lazımdır.
Humanitar fasilələr mülki insanları qorumaq və bu arada İsrailə HƏMAS-ı məğlub etmək üçün kritik mexanizm ola bilər.
Birləşmiş Ştatlar sülhə gedən yolun iki dövlətli həll yolu olduğuna inanmaqda davam edir. Biz qərarlıyıq ki, bu münaqişədə ikinci və ya üçüncü cəbhə olmamalıdır.
İsrailin HƏMAS-ı məğlub etmək üçün əməliyyatı necə aparması önəmlidir. Bunu düzgün və qanuni şəkildə etməmək Həmas və digər terror qruplarının əlinə keçir.
İstənilən tərəfdən hücumun qarşısını almaq əzmindəyik və bunun üçün lazımi addımları atacağıq.
Nuranə Məmmədova






