İsrail Suriyaya zərbələrini artırıb və daha bu barədə Rusiyaya xəbərdarlıq etmir. Elchi.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
İsrailin Fələstinin radikal HƏMAS hərəkatı ilə müharibəsi başlayandan bəri yəhudi dövləti Suriyada İsrail sərhədinə yaxınlaşan İranın dəstəklədiyi silahlı qruplaşmalara qarşı daha çox zərbələr endirir. Nəşrin yazdığına görə, bu hadisə İsrail siyasətində əsas dəyişikliklə müşayiət olunur: ölkə hökuməti indi Suriya ərazisinə bəzi hücumlar barədə Rusiyaya xəbərdarlıq etməyi dayandırıb.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələri Dəra əyalətindəki Suriya hərbi bazasına hücum edib. İsrail təyyarəsinin Suriyadan İsrailə qarşı həyata keçirilən raket buraxılışlarına cavab olaraq zərbələr endirdiyi dəqiqləşdirilir.
Havar Şəfiyeva






