İsrail Müdafiə Qüvvələri Qəzza zolağında Əl-Şəfa xəstəxana kompleksinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Agentliyin məlumatına görə, bir neçə təcili yardım maşını xəstəxanadan çıxarkən İsrailə məxsus pilotsuz uçan aparat vurulub. Qəzzanın səhiyyə nazirliyi hələlik mülki itkilərin sayı barədə məlumat verməyib.
Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Gallant ABŞ-ın Qəzza zolağında müvəqqəti atəşkəs tələbinə cavab verməkdən imtina edib. Onun sözlərinə görə, İsrail HƏMAS-ın əsir götürdüyü bütün girovlar geri qaytarılmayana qədər hərbi əməliyyatları dayandırmayacaq.
Havar Şəfiyeva






