Rusiya prezidenti “Cənub axını” neft kəməri layihəsinin dayandırılması məsələsini şərh edib
Macarıstanda səfərdə olan Rusiya prezidenti Vladimir Putin “Cənub axını” neft kəməri layihəsinin dayandırılması məsələsini də şərh edib.
ANS TV-nin məlumatına görə, Putin hər hansı əngəllər ortaya çıxmasa, layihə üzrə planların bir hissəsinin Türkiyə üzərindən gerçəkləşdirəcəyini bildirib. O Rusiyanın Türkiyə ilə əməkdaşlıqdan imtina etməyəcəyini də açıqlayıb.
“Əgər bizə maneçilik törədən olmasa, biz “Cənub axını” layihəsinin bir hissəsini Türkiyə ərazisində icra edəcəyik. Biz Macarıstan, Serbiya və digər partnyorlarla sazişləri istifadə edə bilərik. Biz Avstriyadan, Baumqartendən keçə bilərik. Əgər partnyorlarımız əməkdaşlığa hazırdırsa, bütün bunlar mümkündür. Amma biz Türkiyə ilə əməkdaşlıqdan imtina etməyəcəyik”-deyə Putin açıqlama edib.
ANS TV



