HƏMAS xarici vətəndaşların Qəzza zolağından təhlükəsiz çıxarılması üçün İsraildən zəmanət istəyir. Elchi.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
“CNN”-in mənbəsinə görə, HƏMAS təhlükəsizlik zəmanəti alan kimi xaricilərin bölgəni tərk etməsinə icazə verəcək. Xüsusən də yaraqlılar əmin olmaq istəyirlər ki, təcili yardım maşınları Misirlə sərhəddə yerləşən Rəfah keçid məntəqəsinə rahatlıqla çata bilər.
Xəbərdə deyilir ki, tələb oktyabrın 3-də İsrail hərbçilərinin təcili yardım maşını vurmasından sonra gəlib. Hücum Qəzza zolağının ən böyük xəstəxanası olan Əl-Şifa xəstəxanasının yaxınlığında baş verib. İDF avtomobilin HƏMAS tərəfindən istifadə edildiyini bildirib.
Qeyd edək ki, Rəfah keçid məntəqəsi noyabrın 1-də insanların üzünə açılıb.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Fələstin HƏMAS yaraqlıları tərəfindən əsir götürülən Rusiya vətəndaşlarının azad edilməsi prosesindən danışıb.
Havar Şəfiyeva






