Saxlanılan qadın mənzildən 3600 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinir
Bakının Nərimanov rayonunda evlərdən oğurluq edən xidmətçi qadın tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Nərimanov rayon Polis İdarəsi 17-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, Təbriz küçəsində yaşayan Nəzakət Hacıyevaya məxsus evdə xidmətçilik edən qadının oğurluq etdiyi məlum olub. Mənzildən 3600 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Günel Fikrət qızı Həsənquliyeva tutulub.
Hazırda qadının başqa cinayətdə əlinin olub-olmaması araşdırılır.
Faktla bağlı araşdırmalar davam edir.
ANS PRESS



