Hamburq hava limanı girov götürüldükdən bir gün sonra yenidən açılıb. Elchi.az xəbər verir ki, bu barədə hava limanının mətbuat xidmətinin “X” sosial şəbəkəsində yaydığı məlumatda deyilir.
“Uçuşların bərpasına hazırlıq tam sürətlə davam edir. Girişlər və terminallar yenidən açıqdır”, – deyə hava limanının səhifəsində bildirilir.
Qeyd edək ki, bu günə kimi reyslərin olmadığı, gecikmələrin də davam etdiyi dəqiqləşir.
Xatırladaq ki, noyabrın əvvəlində Hamburq hava limanında 70-dən çox reys təxirə salınıb.
Havar Şəfiyeva






