İran prezidenti İbrahim Rəisi İsraili dəstəkləyən bütün ölkələri fələstinlilərə qarşı törədilən cinayətlərin iştirakçısı adlandırıb.
Elchi.az Resuters.com-a istinadən xəbər verir ki, o, bu barədə Tehranda İraqın baş naziri Məhəmməd əl-Sudani ilə keçirdiyi mətbuat konfransında bildirib.
“İsraili dəstəkləyənlərin hamısı Fələstinlilərə qarşı cinayətlərin iştirakçılarıdır”, – deyə Rəisi vurğulayıb.
O, əlavə edib ki, ABŞ-ın yardımı, o cümlədən silah tədarükü İsrailə daha cəsarətli hərəkət etməyə imkan verir.
Yeganə






