ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi deyib ki, Macarıstanın Ukrayna ilə bağlı mövqeyinə görə Avropa İttifaqında yeri yoxdur .
Elchi.az Lenta.Ru-ya istinadən xəbər verir ki Nensi Pelosi bu barədə “Corriere della Sera” qəzetinə müsahibəsində danışıb.
“Mən düşünmürəm ki, Macarıstanın bu gün Aİ-də yeri var, lakin bir ölkə artıq Avropa İttifaqının üzvü olanda onu çıxmağa məcbur etmək çətindir”, – Pelosi qeyd edib.
Macarıstanın baş naziri Viktor Orban və ölkənin xarici işlər naziri Peter Siyarto Rusiya-Ukrayna münaqişəsi ilə bağlı Qərb ölkələrinin siyasətini dəfələrlə tənqid ediblər.
Nuranə Məmmədova






