Ötən əsrdən qalan fast-fudun görünüşü belə dəyişməyib
Avstraliyalı Keysi Din və Edvard Nits 20 il saxladıqları hamburgeri göstəriblər.
ANS PRESS-in məlumatına görə, onlar burgeri 20 il əvvəl – 1995-ci ildə “McDonalds”dan alıblar. Avstraliyalıların sözlərinə görə, onlar məktəbdə oxuyan vaxtı nahar etmək üçün bir neçə burger alıblar. Lakin həmin burgerlərdən biri qalıb.
Ən maraqlısı odur ki, fast-fud demək olar ki, xarab olmayıb. Onun görünüşü ilk günki kimi qalıb.
“Biz daim dostlarımızdan biri ilə zarafat edirdik ki, burger onu gözləyir. Belə deyə-deyə heç özümüz də ayların necə keçdiyini hiss etmədik. Aylar illərlə əvəz edildi və artıq 20 ildir ki, burger bizdədir. O demək olar ki, heç korlanmayıb”.
Qeyd edək ki, bu, ilk belə hadisə deyil. Belə ki, bu ilin yanvar ayında İslandiya sakini Hertur Smarason da 6 il əvvəl – 2009-cu ildə aldığı çizburgeri üzə çıxarmışdı. O həmin buterbrodu “McDonalds”ın İslandiyada fəaliyyət göstərdiyi son gün aldığını deyib. Belə ki, bu şirkət 2009-cu ildən etibarən fəaliyyətini dayandırmışdı.


ANS PRESS



