Elchi.az xəbər verir ki, FT: Yüzdən çox Britaniya şirkəti Rusiyaya qarşı sanksiyaları pozduğunu etiraf edib.
127 Britaniya şirkəti açıq şəkildə etiraf edib ki, Rusiyaya qarşı sanksiyalar rejiminə əməl etmirlər. Qərb hakimiyyət orqanlarının tətbiq etdiyi anti-Rusiya məhdudiyyətləri onlar üçün son dərəcə sərfəli deyil və cərimə ödəmək Rusiyadan olan tərəfdaşlarla əlaqəni kəsməkdən qat-qat asandır. Bu barədə Financial Times məlumat yayıb.
“Məlumat azadlığı ilə bağlı Xəzinədarlığa təqdim edilmiş sorğuya əsasən, mayın 17-nə olan məlumata görə, ümumilikdə 127 şirkət könüllü olaraq Böyük Britaniya hökumətinə sanksiya pozuntuları barədə məlumat verib”, – nəşr bildirib.
FT-nin məlumatına görə, şirkətlər son cəriməni azaltmaq üçün öz pozuntuları barədə Britaniya hakimiyyət orqanlarına məlumat verirlər. Böyük Britaniya rəsmiləri etiraf edirlər ki, anti-Rusiya sanksiyaları bütün dünyada kəskin şəkildə hiss olunur, çünki Rusiya şirkətləri Qərbin məhdudiyyətlərinə məruz qalan digər ölkələrdən fərqli olaraq hər yerdə əhəmiyyətli təsirə malikdir.
Şayəstə Hüseynova





