ABŞ dövlət katibi Antoni Blinkenin Yaxın Şərq turu zamanı üç hədəfi ola bilərdi, lakin onların heç birinə nail ola bilmədi, ona görə də səfərin yekun nəticəsini uğursuzluq kimi qələmə vermək olar. Elchi.az xəbər verir ki, bu fikri Britaniyanın “Sky News” telekanalının köşə yazarı Dominik Vaqorn deyib.
İlk növbədə, Blinken İsrailə gəlib və orada, ekspertin fikrincə, o, blokadada olan Qəzza zolağının sakinlərinə mümkün qədər çoxlu ilkin ehtiyacları ötürmək üçün döyüşlərdə humanitar fasilə əldə etmək istəyib. Lakin onun təklifi rədd edilib, çünki İsrail rəhbərliyi belə bir addımı yalnız Fələstin radikal HƏMAS hərəkatının yaraqlıları tərəfindən saxlanılan girovların azad edilməsi kontekstində hesab edib.
Bu nəticə əsasən sonrakı uğursuzluqları əvvəlcədən müəyyənləşdirib. Belə ki, ABŞ dövlət katibinin Fələstin-İsrail münaqişəsinin həlli üçün uzunmüddətli həll yollarını müzakirə etmək niyyətləri ərəb ölkələrinin danışıqları vaxtsız hesab etməsi səbəbindən baş tutmayıb. Onlar Qəzza zolağının davam edən bombalanmasına işarə edib və şərt kimi İsrailin İordan çayının qərb sahilində yaşayış məntəqələri tikməkdən imtina etməsini göstəriblər.
Havar Şəfiyeva






