Pyotr Poroşenko: “Ordumuz planlı şəkildə geri çəkilir”
Deboltsevodan şiddətli döyüşlərdən sonra Ukrayna ordusunun planlı şəkildə çəkilməsi baş verir.
ANS PRESS-in məlumatına görə, bu sözləri cəbhə bölgəsinə gedən Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.
“Biz indi deyə bilərik ki, ordunun 80 faizi şəhərdən geri çəkilib. Daha iki karvanın çıxacağını gözləyirik. 128-ci briqada və 30-cu biqadanın bir hissəsi şəhərdən çıxıb. 25-ci batalyon, 40-ci batalyonun bir hissəsi, Milli Qvardiya milisi və xüsusi təyinatlılarını gözləyirik”, – deyə Ukrayna prezidenti bildirib. Poroşenko Ukrayna ordusunun Deboltsevodo mühasirədə olması barədə söhbətlərin əsassız olduğunu bildirib.
Qeyd edək ki, bu gün Poroşenkonun Kiyevdə Milli Təhlikəzilk Şurasının təcili toplantısının təşkil edəcəyi bilrilir.
ANS PRESS



