Yaxın günlərdə Qəzza zolağından Rusiya vətəndaşlarının təxliyəsi gözlənilir. Elchi.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Rusiya ümid edir ki, İsrail rusların münaqişə zonasından çıxarılmasına mane olmayacaq.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Boqdanov bildirib ki, Rusiya Qəzzadan təxliyə üçün rusların siyahılarını təsdiqləməyə ümid edir. Onun sözlərinə görə, Rusiya tərəfi təxliyə üçün vətəndaşların siyahılarını ilk təqdim edənlərdən olub.
Havar Şəfiyeva






