Böyük Britaniya Polşa ilə “NAREW” hava hücumundan müdafiə proqramının növbəti mərhələsi üçün müqavilə imzalayıb. Elchi.az xəbər verir ki, bu barədə Reuters Britaniya hökumətinə istinadən məlumat yayıb.
Polşanın müdafiə şirkəti ilə yerüstü hava hücumundan müdafiə sisteminin tədarükü üçün 4 milyard funt sterlinqdən çox dəyərində müqavilə imzaladığı dəqiqləşdirilir.
Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət Departamenti Polşaya inteqrasiya olunmuş hava hücumundan müdafiə və raket əleyhinə müdafiə döyüş komandanlığı sisteminin mümkün satışını təsdiqləyib. Dörd milyard dollar dəyərində müvafiq avadanlıqların satışı da mümkündür.
Havar Şəfiyeva






