Avstraliyanın ikinci ən böyük telekommunikasiya şirkəti Optus-da 10 milyondan çox istifadəçiyə təsir edən internet və şəbəkə kəsilməsi baş verdi.
Elchi.az ABC News-a istinadən xəbər verir ki, Optus-un baş direktoru Kelly Bayer Rosmarin kəsilmənin yerli vaxtla saat 04:00-da başladığını açıqlayıb.
İstifadəçilər Optus-u kəsinti barədə onlara məlumat vermədiyi üçün tənqid edərkən, Rosmarin kəsilmədən bir neçə saat sonra verdiyi açıqlamada qrupların problem üzərində işlədiyini, internet və şəbəkə xidmətlərinin düzəldilməyə başladığını bildirdi.
Kəsənin bir neçə saat daha davam edə biləcəyinə diqqət çəkən Rosmarin, problem həll olunana qədər fasiləsiz çalışacaqlarını vurğulayıb.
Kiberhücumun kəsintiyə səbəb olub-olmadığı hələ bilinməsə də, Optus-un xidmətdən çıxması səbəbindən ölkə daxilində səhiyyə, nəqliyyat və ödəniş sistemlərində fasilələr yaranıb.
Optus 2022-ci ildə 10 milyon müştərinin məlumatının hakerlər tərəfindən oğurlanması ilə gündəmə gəlib.
Şayəstə Hüseynova






