Almaniyada müəllimin silahla hədələnməsi iddiası üzərinə polis hərəkətə keçərək 4 uşağı saxlayıb.
Elchi.az xəbər verir ki, Almaniyanın Hamburq şəhərindəki məktəbdə müəllimin silahla hədələnməsi şübhəsi ölkədə insident halına gəlib.
Baş verənlərdən sonra yaşları 12-14 arasında olan 4 uşaq polis tərəfindən saxlanılıb.
Almaniyanın Hamburq şəhərindəki Stadtteilschule Blankenese məktəbində müəllimin sinif otağına girərək silahla hədələnməsindən sonra aparılan istintaq çərçivəsində yaşları 12-14 arasında olan 4 uşaq polis tərəfindən saxlanılıb.
Oxşar hadisənin ikinci məktəbdə, eləcə də Stadtteilschule Blankenese məktəbində baş verdiyini bildirən polis, saxlanılan uşaqların üzərində iki oyuncaq tapança tapıldığını bildirərək, Stadtteilschule Blankenese məktəbində baş verən hadisə ilə 12 və 13 yaşlı iki uşağın əlaqəsi olduğunu açıqlayıb.
Silahlı təhdid xəbərinin ardından 1050 şagirdin olduğu Stadtteilschule Blankenese məktəbi təxliyə edilib və hadisə yerinə çoxlu sayda polis qrupu göndərilib. Polis məktəbə gedən yolları nəqliyyatın hərəkəti üçün bağlayıb. Təhlükəsizlik tədbiri olaraq Reichsprasident-Ebert kazarmasına köçürülən tələbələr daha sonra ailələrinə təhvil verilib.
Nuranə Məmmədova






