Almaniyanın Şlezviq-Holşteynin Elmshorn şəhərində yaşayan Mahmut Şahinin (47) bağçasına təxminən 7 ay əvvəl düşən meteorit təxminən 400 min avro dəyərində qiymətləndirilib.
Elchi.az xəbər verir ki, “Bild” qəzetinin yazdığına görə, aprel ayında şəhərin üzərində alov topu çaxdıqdan sonra Şahinin bağçasının ortasına 3,5 kiloqram ağırlığında meteorit düşüb.
Meteorit araşdırıldıqdan və onun 4,5 milyard yaşında olduğu müəyyən edildikdən sonra onu almaq istəyən kolleksiyaçılar Şahinə 200 min avroya qədər pul təklif etməyə başlayıblar.
Şahinin Münhendəki mədən sərgisində sərgilədiyi daşı tədqiq edən fiziklər və astronomlar meteoritə təxminən 400 min avro dəyərində qiymət veriblər.
Xəbərdə Şahinlə Hamburqdakı bir muzey arasında danışıqların davam etdiyi və Şahinin satışdan alacağı pulu yatırmaq istədiyi bildirilib.
Şayəstə Hüseynova






