"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Dağıstanın Bakı nümayəndəliyində maliyyə maxinasiyası

18 Fevral 2015 - 23:22
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Dağıstanın Bakı nümayəndəliyində maliyyə maxinasiyasıDağıstan Respublikasının Hesablama Palatası Dağıstanın Azərbaycandakı daimi nümayəndəliyinin işində çoxsaylı maliyyə pozuntusu faktları aşkarlayıb.

Virtualaz.org saytı qurumun yaydığı məlumata istinadən xəbər verir ki, bu günlərdə daimi nümayəndəliyin 2009-2014-cü illəri əhatə edən maliyyə-təsərrüfat fəaliyyətinin plan üzrə növbəti yoxlaması keçirilib. Həmin vaxt nümayəndəliyə Maqomed Qurbanov rəhbərlik edib. O, 2013-cü ilin aprelində vəzifəsindən çıxarılıb. M.Qurbanovu bu postda Marat Askenderov əvəzləyib. Marat Askenderov Rusiya Dövlət Dumasının Dağıstandan olan deputatı, biznesmen, “Kosmo Plyus” ASC-nin sahibi Zaur Askenderovun qardaşıdır.

“Dağıstanın Azərbaycan nümayəndəliyində aparılmış yoxlamalar zamanı kobud qanun pozuntusu faktları üzə çıxarılıb. Nümayəndəliyin ştat cədvəlində Azərbaycan vətəndaşı olan əməkdaşların adı olub. Onlara yerli sosial müdafiə fonduna ödənişlər düzgün hesablanmamaqla qanunsuz əməkhaqqı verilib. Bununla da yerli qanunlar pozulub. Bundan əlavə, Rusiya qanunları da pozulub. Belə ki, işçilərə mükafat fondundan əsassız ödənişlər edilib” – deyə Dağıstan Hesablama Palatasının mətbuat katibi Müslüm Qazıbəyov bildirib.

Daimi nümayəndəlik Dağıstan Respublikasına məxsus dövlət əmlakının özəlləşdirilməsi zamanı da qanun pozuntusuna yol verib. Belə ki, nümayəndəliyə məxsus “Mercedes” markalı avtomobil 2013-cü ildə bazar qiymətindən 4 dəfə ucuz satılmaqla dövlət xeyli ziyan vurulub. Bunun əvəzində isə heç bir ticari müsabiqə, tender keçirilmədən “GMC Yukon XL Denali” markalı avtomobil alınıb. Bu dəfə isə qiymətlər 3 dəfə şişirdilib.

Hesablama Palatası bildirir ki, daimi nümayəndəlik kassa-mədaxil əməliyyatları zamanı da qanunları pozub. Aparılan yoxlamaların nəticələri hüquqi qiymət verilməsi və cinayət iş açılması məsələsinə baxılması üçün Dağıstanın hüquq-mühafizə orqanlarına təqdim olunub.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Deputat: “Əxlaqsızlıq yuvalarını vəzifəli şəxslər himayə edir”

Next Post

“Azercell”in keçmiş rəhbəri baş nazir oldu

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

“Azercell”in keçmiş rəhbəri baş nazir oldu

Elnurun final çıxışları - VİDEOLAR

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.