Fələstinin radikal HƏMAS hərəkatının Livandakı nümayəndəsi Usamə Həmdan bildirib ki, İsrailin baş naziri Binyamin Netanyahu son anda Qəzza zolağından ikili vətəndaşlığı olan məhbusların azad edilməsinə dair razılaşmanı əngəlləyib. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti İspaniyanın “Mundo” qəzetinə istinadən yazır.
“Biz ikili vətəndaşlığı olan girovları azad etməyə yaxın idik, lakin son anda Netanyahu bundan imtina edib. Bütün danışıqlara razılaşdıq və birdən-birə quru əməliyyatına başlamazdan bir gün əvvəl Netanyahu razılaşmanın qarşısını alıb”, – deyə Həmdan bildirib.
Bundan əvvəl Həmas da İsrail hakimiyyətini 12 əcnəbi girovun azad edilməsini pozmaqda ittiham edib. Hərəkatın hərbi qanadı təfərrüatları açıqlamayaraq, İsrail qüvvələrinin ondan çox xarici vətəndaşın azad edilməsinə mane olduğunu bildirib.
Qeyd edək ki, bundan əlavə, Qətər və ABŞ-ın yardımı ilə İsrail danışıqlarının davam etdiyi, danışıqlar çərçivəsində 10-15 Həmas girovunun azad edilməsi məsələsinin qaldırıldığı bildirilib.
Havar Şəfiyeva






