Avropa Parlamenti Avropa Komissiyası və Aİ Şurasını anti-Rusiya sanksiya siyahılarına kimin daxil edilməli olduğunu müəyyənləşdirməkdə şəffaflığın olmamasına görə tənqid edib və şəxsi sanksiyaların tətbiqi zamanı peşəkarlığa çağırıb. Elchi.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Aİ-nin Rusiyaya qarşı sanksiyalarının effektivliyinə dair qətnamə layihəsində deyilir.
Sənəddə deyilir: “Avropa Parlamenti Aİ Şurası və Avropa Komissiyasını şəxsi sanksiyalara məruz qalmalı olan və ya bu cür sanksiyaların götürülməli olan şəxslərin müəyyən edilməsində daha şəffaf və peşəkarcasına hərəkət etməyə çağırır”.
Qeyd edək ki, bundan əlavə, Avropa Parlamenti Rusiyaya qarşı sanksiyaların birləşdirilməsinə çağırıb. Avropalı deputatlar sanksiyaların ən azı bir il müddətinə uzadılması üçün vahid müddətin razılaşdırılmasını zəruri hesab edirlər.
Havar Şəfiyeva






