Hindistanın baş naziri Narendra Modi ABŞ dövlət katibi Entoni Blinken və Pentaqonun rəhbəri Lloyd Ostin ilə görüşüb.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
“Dövlət katibi Blinkeni və ABŞ müdafiə nazirini salamlamaqdan xoşbəxtəm. “2+2” formatı Hindistan-ABŞ hərtərəfli qlobal strateji tərəfdaşlığının daha da möhkəmlənməsi üçün əsas amildir. Demokratiya, plüralizm və qanunun aliliyinə ümumi inamımız qarşılıqlı faydalı əməkdaşlığımızın əsasını təşkil edir. Hindistan-ABŞ tərəfdaşlığı qlobal rifah üçün gücdür”, – deyə Modi sosial mediada yazıb.
Yeganə






