Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrinin Qəzza zolağındakı vəziyyətlə bağlı mövqeyini qorxaqlıq və vicdansızlığın təzahürü adlandırıb. Elchi.az xəbər verir ki, onun bu sözləri Səudiyyə Ərəbistanında ərəb və müsəlman ölkələrinin liderlərinin sammitində RİA Novosti agentliyinə istinadən xəbər verir.
O, Qərbin Fələstindəki hazırkı fəlakətə reaksiyasını 2015-ci ildə Fransanın “Charlie Hebdo” jurnalının ofisinə edilən hücuma reaksiya ilə müqayisə edib.
Bundan əlavə, Türkiyə prezidenti Qərbi İsrailin hərəkətləri nəticəsində fələstinlilərə dəymiş ziyanı ödəməyə çağırıb. Qeyd edək ki, o, BMT və Beynəlxalq Cinayət Məhkəməsini İsrailin Qəzzada törətdiyi hərbi cinayətləri araşdırmağa çağırıb.
Havar Şəfiyeva






