Qəzza zolağında bütün xəstəxanaları və ətrafını bombalayaraq müharibə cinayəti törədən İsrail Qəzzalıların səhiyyə sistemini tamamilə çökdürdü. Xəstəxanalar xidmətdən kənarda olduqlarını elan edərkən, ÜST İsrail tərəfindən intensiv hücumların həyata keçirildiyi Qəzza zolağının ən böyük və mərkəzi xəstəxanası olan Şifa Xəstəxanası ilə əlaqəni bərpa etdi.
Elchi.az xəbər verir ki, ÜST-nın baş direktoru “Tedros Adhanom Ghebreyesus” açıqlamasında, Şifa Xəstəxanasında tibb işçiləri ilə əlaqə saxlamağı bacardığını və vəziyyətin dəhşətli və təhlükəli olduğunu bildirib.
Xəstəxananın 3 gündür işıqsız, susuz və çox zəif internet olduğunu bildirən Qebreyesus, bunun onun əsas qayğı göstərmək qabiliyyətinə ciddi təsir etdiyini bildirib.
Bölgədə davamlı qarşıdurmaların və bombardmanların onsuz da kritik vəziyyəti daha da pisləşdirdiyini bildirən Qebreyesus, “Təəssüf ki, xəstə ölümlərinin sayı əhəmiyyətli dərəcədə artıb. Təəssüf ki, xəstəxana artıq xəstəxana kimi fəaliyyət göstərmir. Təhlükəsiz sığınacaq olduğu güman edilən xəstəxanalar ölüm, dağıntı və ümidsizlik səhnələrinə çevrildikcə dünya səssiz qala bilməz.
Nuranə Məmmədova






