Səfər zamanı Mehriban Əliyevaya Pakistanın Ali ordeni təqdim ediləcək
“Mart ayının ikinci on günlüyündə Pakistan prezidenti Məmnun Hüseynin Azərbaycana səfəri olacaq”.
Bunu Azərbaycanın Pakistan və Əfqanıstandakı səfiri Daşqın Şikarov ANS PRESS-ə açıqlamasında deyib.
O bildirib ki, səfər çərçivəsində iki tərəfli munasibətlər, xüsusilə, iqtisadi sahədə əməkdaşlıq, Pakistan-Azərbaycan arasında birbaşa uçuşların həyata keçirilməsi, məhkumların mübadiləsi, iki ölkənin universitetləri arasında tələbələrin mübadilesi məsələləri müzakirə olunacaq.
“Hazırda imzalanacaq muqavilələr və sazişlər üzərində iş gedir. Həmçinin, səfər ərəfəsində Pakistanın prezidenti tərəfindən Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Pakistanın Ali ordeninin təqdim edilməsi mərasimi də keçiriləcək”, – deyə səfir söyləyib.



