"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Təhsildə misilsiz saxtakarlıq

19 Fevral 2015 - 14:52
in GÜNDƏM

Regionlarda 2000-dən çox saxta diplomlu müəllim işləyir

Təhsildə misilsiz saxtakarlıqAzərbaycanda bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də insanlar “ömrü uzun olmayan məqsədə” çatmaq, çirkin işlərini həyata keçirmək, pul, iş, karyera qazanmaq, ali məktəbə qəbul olmaq üçün saxta sənədlərdən, diplomlardan istifadə edirlər. Amma əksər hallarda buna nail olmaq asan olmur, bu cür əməllərin üstü açılır, nəticədə belə istifadəçilər cinayət əməli törədiyinə görə məsuliyyətə cəlb edilirlər.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bir neçə gün əvvəl açıqladı ki, bu tədris ili üzrə magistraturaya və rezidenturaya qəbul olmaq üçün sənəd verənlərdən 27 nəfərin saxta diplom təqdim etdiyi məlum olub. Bununla da saxta diplom məsələsi yenidən gündəmə gəlib.

Təhsil Nazirliyi ölkədə saxta diplomların olması faktını inkar etmir və belə sənədlərin aşkarlanması istiqamətində mütəmadi tədbirlərin görüldüyünü açıqlayır.

Nazirlikdən ANS PRESS-ə bildirilib ki, saxta diplomların aşkarlanması, buna qarşı tədbir görülməsi məsələsi nazirliyin qarşısında duran prioritet məsələlərdəndir. Yəni bu işə meyl göstərərək saxta doplomları olanların aşkarlanması və cəzalandırılması üçün ciddi mübarizə aparılır. İndi saxta diplomla işə, ali məktəbə qəbul olmaq mümkün deyil. Çünki təqdim olunan diplomlar nazirlikdə yaradılmış bazada yoxlanılır, onun dövlət qeydiyyat nömrəsi, forması, yazı məzmunu dövlət tərəfindən verilən diplomlarla tutuşdurulur.

Bu məsələdə adı ən çox hallanan ali təhsil müəssisələrinə qarşı sərt tədbirlər görülür. Misal kimi, saxta diplom məsələsində adı ən çox hallanan Müəllimlər İnstitutunun Gəncə filialını tamamilə ləğv olunduğunu, digər ali təhsil müəssisələrinin qəbul planının azaldıldığını və ya ümumiyyətlə, dayandırıldığını göstərmək olar.

Təbii ki, əsl sənədlərin saxta yollarla vətəndaşlara verilməsi, həmçinin saxta diplomların təqdim edilməsi cəmiyyətdə birmənalı qarşılanmır.

Ekspertlərin sözlərinə görə, işəgötürən təşkilat kimi Təhsil Nazirliyi bu məsələdə qəti mövqe sərgiləməlidir. Ölkədə saxta diplomların aşkarlanması üçün nazirlik hüquq-mühafizə orqanları ilə birgə mütəmadi olaraq tədbirlərini davam etdirməlidir. Heç kimə sirr deyil ki, qanunu pozmaqla təhsil sisteminə gələn və gəmək istəyən şəxslər var. Saxtakarlığa yol verən insanları işə götürülməməlidir. Saxta sənəd ümumilikdə təhsilin dəyərinin süni şəkildə aşağı düşməsinə, onun əsaslarını aşılanmasına gətirib çıxarır.

Onların fikrincə, təhsil nazirinin açıqladığı kimi, hazırda orta məktəblərdə 2 minə yaxın saxta yollarla diplom almış müəllim çalışır. Bunlar əsasən də Azərbaycanın rayonlarındakı orta məktəblərdə dərs deyirlər. Təbii ki, buna qarşı tədbirlər görülməlidir.

Təhsil naziri Mikayıl Cabbarov mətbuata verdiyi müsahibələrdə dəfələrlə bildirib ki, təhsil sistemində çalışanların sənədlərini yoxlayarkən qeyri-qanuni və yaxud saxta diplomun olduğunu aşkarlanır. Nazirlikdə diplomların məlumat bazası var, həmin diplomları vermiş təhsil müəssisələri də tabeliyimizdə fəaliyyət göstərir. Ona görə də biz bu faktı görərək buna biganə qala bilmərik.

Nazirlikdən bildirilib ki, saxta yollarla diplom almış müəllimlərin hamısı adbaad bilinir. Əldə etdiyimiz bütün məlumatlar, o cümlədən onlara saxta diplom verənlərin adları Baş Prokurorluğa verilib. Digər tərəfdən, onların hamısının birdən işdən çıxarılması, onların yerinin doldurulması o qədər də asan deyil.

Ümumiyyətlə, saxta sənədlərin, diplomların çoxu Azərbaycandan kənarda hazırlanıb gətirilir. Ən çox Rusiya, Ukrayna, Gürcüstan və Türkiyə universitetlərinə aid saxta diplomlar var. Sənədlərin yoxlanması prosesi zamanı aydın olur ki, belə diplomlar Təhsil Nazirliyi tərəfindən verilmir. Bəzən də Təhsil Nazirliyinin hər il hansı seriyalarla diplom verəcəyini bilən rektorlar saxta diplomlar çap etdirir və istədiyi kəsə satır.

Yada salmaq yerinə düşər ki, ötən il Müəllimlər İnstitutunun Gəncə filialında 207 belə fakt aşkarlanıb. Nazirlik 207 müəllimin saxta diplom daşıdığını ortaya çıxarıb. Ekspertlər isə bu diplomların sayının 1000-dən çox olduğunu düşünürlər. Gəncə filialının 2000-ci ildən ötən ilə qədər 2500 məzunu olub ki, onlardan da 1000-nin diplomu şübhə altına alınıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə də bir müddət əvvəl bu tədris ili üzrə magistraturaya və rezidenturaya qəbul olmaq üçün sənəd verənlərdən 27 nəfərin saxta diplom təqdim etdiyini, həmin diplomların Təhsil Nazirliyi tərəfindən verilmədiyini açıqlayıb.

Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bu işlə bağlı bir neçə ildir araşdırma zamanı Azərbaycan Müəllimlər İnstitutunun və Gəncə Dövlət Universitetinin kütləvi şəkildə saxta diplomlar satdığı barədə faktlar üzə çıxıb. Hazırda proses davam edir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ölmüş əsgər valideynləri İrəvanda yeni aksiya keçirdilər- (Video)

Next Post

Qızı oğlan üstündə həmcinslərini belə döydü (VİDEO)

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Qızı oğlan üstündə həmcinslərini belə döydü (VİDEO)

Azərbaycanlı kişilər mini "yubka" geyindi (FOTO)

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.