İsrail Baş Qərargah rəisi Herzi Halevi oktyabrın 8-dən Hizbullah və digər Fələstin silahlı qrupları ilə qaynar toqquşmaların yaşandığı şimaldakı Livan sərhədinə işarə edərək, “Şimal üçün əməliyyat planları hazırlayırıq. Məqsədimiz təhlükəsizliyini təmin etsin”. dedi.
Elchi.az xəbər verir ki, İsrail ordusundan verilən açıqlamaya görə, Halevi ölkənin şimalındakı bir komanda mərkəzini ziyarət edib.
Halevi səfər zamanı “müdafiə və hücum planlarını təsdiqləyib” və bütün qüvvələrə “hərəkətə keçmək üçün yüksək ayıq-sayıq olmaq” barədə göstəriş verib.
Halevi, “Şimal üçün əməliyyat planları hazırlayırıq. Məqsədimiz təhlükəsizliyi təmin etməkdir. Təhlükəsizlik vəziyyəti elə qalmayacaq ki, şimaldakı vətəndaşlar evlərinə dönərkən özlərini təhlükəsiz hiss etməsinlər”. dedi.
Oktyabrın 7-dən sonra İsrail Qəzza zolağının ətrafındakı əraziləri və Livan sərhədinin şimalında Hizbullahla qaynar toqquşmaların başladığı 4 kilometrlik yaşayış məntəqələrini boşaldıb.
İsrailin açıqladığı rəqəmlərə görə, 120 mini Livan sərhəd bölgəsindən olan təxminən 200 min israilli ölkə daxilində turizm müəssisələrində, dövlət qonaqxanalarında və müxtəlif kampuslarda məskunlaşdırılıb.
Şayəstə Hüseynova






