Kremlin sözçüsü Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitinə qatılmamaq qərarının “təəssüf doğuran” olduğunu bildirib.
Elchi.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada cari məsələlərlə bağlı jurnalistlərə açıqlama verib.
Moldova prezidenti Maya Sandunun Rusiyanı “Moldova vətəndaşlarının maraqlarına hörmətsizlik etmək”də ittiham etməsinə reaksiya verən Peskov Moldovada noyabrın 5-də yerli seçkilərin keçirildiyinə diqqət çəkib.
Peskov, “Sandu bu seçkilərin nəticələrini nəzərə almır. Bu seçkilərdə onun partiyası qələbə qazana bilmədi. Moldovada ölkəmizlə əməkdaşlığın inkişafına dəstək verən çoxlu sayda insan var. Biz bunu bilirik və nəticələri də bilirik. Seçkilər bunu çox əyani şəkildə sübut etdi”. dedi.
Şayəstə Hüseynova






