İsrailin Qəzza zolağındakı hərəkətləri mülki şəxslərə qarşı genişmiqyaslı hərbi cinayətlər təşkil edir. Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, bunu Misirin xarici işlər naziri Sameh Şukri bildirib.
Şükri BMT nümayəndəsinə İsrailin fələstinli mülki şəxslərə, xüsusilə də qadınlara və uşaqlara qarşı törətdiyi cinayətlərin genişmiqyaslı müharibə cinayətləri olduğunu vurğulayıb.
Diplomat bu barədə BMT Baş katibinin müavini, BMT-nin Qadınlar bölməsinə rəhbərlik edən Simu Baxus ilə görüşü zamanı müvafiq bəyanatla çıxış edib.
Bundan əvvəl islamçı Həmas qrupu İsraili 200 fələstinli qadın və 75 uşağın müqabilində 100 israilli girovun azad edilməsinə dair Qətərin dəstəklədiyi razılaşmanı gecikdirməkdə ittiham edib.
Havar Şəfiyeva






