Jurnalist Stiven Brayan bəyan edib ki, Ukrayna NATO-ya üzv olmaqdan imtina edərsə və Rusiyanın demilitarizasiya təklifini qəbul edərsə, öz ərazilərini saxlaya biləcək. Elchi.az xəbər verir ki, bu barədə Çinin “Asia Times” nəşri yazıb.
Məqalə müəllifinin fikrincə, Ukrayna hazırda çoxlu itkilərə məruz qaldığı üçün parçalanır. O vurğulayıb ki, Kiyev Moskva ilə razılaşmalıdır, əks halda ölkə daxilində üsyanla üzləşəcək.
Brayan əlavə edib ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ərazilərinə hücum qərarı da daxil olmaqla bir sıra kritik səhvlərə yol verib. Moskva ilə sülh danışıqları aparmaq üçün Kiyev demilitarizasiyaya razı olmalıdır, deyə publisist yekunlaşdırıb.
Havar Şəfiyeva






