ABŞ-ın hazırkı prezidenti Co Bayden hökumətin maliyyələşdirmə qanun layihəsini bəndlər olmadan təsdiqləyib imzalayacaq.
Senat qəbul edərsə, Ukrayna və İsrailə yardım göstərəcək. Elchi.az xəbər verir ki, bu barədə “CNN” Amerika administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
“Konqres həmçinin İsrail, Ukrayna üçün maliyyə, humanitar yardım, sərhəd təhlükəsizliyi və ikitərəfli olan digər mühüm prioritetlər də daxil olmaqla aktual milli təhlükəsizlik və daxili ehtiyacları həll etməlidir”, – deyə mənbə jurnalistlərə bildirib.
Havar Şəfiyeva






