Cənubi Koreya və ABŞ ABŞ-ın nüvə gücünə malik strateji bombardmançı B-52-nin iştirakı ilə Sarı dəniz üzərində birgə hava təlimi keçirib.
Elchi.az xəbər verir ki, Cənubi Koreya Müdafiə Nazirliyindən verilən açıqlamada iki ölkənin birgə hava təlimi keçirdiyi bildirilib.
ABŞ-ın iki B-52 bombardmançı təyyarəsi və iki ölkənin döyüş təyyarələrinin iştirakı ilə keçirilən hava təlimi Sarı dənizdə keçirilib.
Bildirilib ki, nazirlik sözügedən təlimin Şimali Koreyanın “təxribatlarına” qarşı Cənubi Koreya və ABŞ-ın “ortaq əməliyyat qabiliyyətini nümayiş etdirdiyini” qiymətləndirib.
Şayəstə Hüseynova






