İspaniya Sosialist İşçi Partiyasının lideri və hazırkı baş nazir Pedro Sançes bildirib ki, yeni yaradılmış azlıq sol koalisiya hökumətinin prioriteti Fələstin dövlətinin tanınması üçün çalışmaq olacaq.
Elchi.az xəbər verir ki, İspaniyanın Sosialist İşçi Partiyasının (PSOE) lideri və hazırkı baş nazir Pedro Sançez Parlamentin Baş Assambleyasında çıxışına İsrailin Qəzza zolağına hücumlarını tənqid edərək etimad səsverməsi istəyib.
Oktyabrın 7-də HƏMAS-ın hücumunu qınadıqlarını ifadə edən Sançez, məsulların tez bir zamanda məhkəmə qarşısına çıxarılmasını və məhbusların azadlığa buraxılmasını istədiklərini bildirib:
“Eyni aydınlıqla, Qəzza və İordan çayının qərb sahilində fələstinlilərin ayrı-seçkilik etmədən öldürülməsini rədd edirik. Dərhal atəşkəs, bombardmanların dayandırılmasını, Fələstin xalqının humanitar ehtiyaclarını ödəmək üçün yardımların edilməsini və diplomatiyaya zəmin yaradılmasını tələb edirik. təcili sülh konfransı”.
Şayəstə Hüseynova






