Avropa Komissiyası Rusiyaya qarşı sanksiyaların 12-ci paketi çərçivəsində eks-prezident və Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin oğlu İlya Medvedevə qarşı şəxsi məhdudiyyətlər tətbiq etmək niyyətindədir. Elchi.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
“Genişləndirilmiş siyahıda keçmiş prezidentin yeganə oğlu İlya Medvedyev də var”, – deyə nəşr qeyd edir.
Bundan başqa, siyahıda “Vətən Müdafiəçiləri” Fondunun sədri Anna Tsivileva da var ki, o, “The Guardian”ın yazdığına görə, Rusiya prezidenti Vladimir Putinin qohumu sayılır.
Qeyd edək ki, Aİ-nin yeni 12-ci sanksiyalar paketi Rusiyanın üçüncü ölkələr vasitəsilə məhdudiyyətlərdən yan keçməsinin qarşısını almaq üçün sərt tədbirləri əhatə edəcək. Həmçinin blok G7 ölkələri ilə əməkdaşlıq edərək Rusiyanı Avropa ölkələri ilə almaz ticarətindən əldə edilən gəlirdən məhrum etmək niyyətindədir. Bundan əlavə, Avropa İttifaqının (Aİ) diplomatik departamentinin rəhbəri Josep Borrell Rusiyadan olan 120 şəxs və təşkilata qarşı sanksiya tətbiq etməyi təklif edib.
Havar Şəfiyeva






