Sərhədsiz Həkimlər Təşkilatının Yaponiya rəsmisi Maiko Şirane, İsrailin hücumlarını davam etdirdiyi Qəzza zolağından ayın əvvəlində ölkəsinə döndüyünü və mülki şəxslərə humanitar yardım üçün “atəşkəsin ən qısa zamanda əldə edilməsi lazım olduğunu” söylədi.
Elchi.az xəbər verir ki, Sərhədsiz Həkimlər Təşkilatının (MSF) Yaponiya rəsmisi Maiko Şirane bu ilin may-noyabr ayları arasında Qəzza zolağında vəzifə müddətini və paytaxt Tokioda oktyabrın 7-dən bu yana davam edən bombardmanlar səbəbindən bölgədən təxliyə prosesini qiymətləndirib.
Daha əvvəl Ukrayna və Əfqanıstanda xidmət etdiyini bildirən Maiko, bu ilin may-noyabr ayları arasında təyin olunduğu Qəzzada MSF Japan-ın insan resursları və mühasibatlıq bölmələrində çalışdığını qeyd edib.
Ukraynada xroniki xəstəliklər və Əfqanıstanda pediatriya sahələrində ehtiyacları qarşıladıqlarını ifadə edən Maiko, 2018-2019-cu illərdə Qəzzada bir müddət qaldığını və bu ilin may ayında yenidən təyinat aldığını açıqladı.
Şayəstə Hüseynova






