“Hazırda Qəzza zolağında girovların azad edilməsi ilə bağlı İsrail və HƏMAS arasında heç bir razılaşma yoxdur”.
Elchi.az TASS.ru-ya istinadən xəbər verir ki, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu bildirib.
İsrailin baş naziri vurğulayıb ki, bu məsələ ilə bağlı çoxlu əsassız şayiələr var, lakin bu gün heç bir razılaşma yoxdur.
Netanyahu televiziya ilə xalqa müraciətində deyib: “Deyəcək bir şeyimiz olanda onu deyəcəyik”.
Xatırladaq ki, bundan əvvəl HƏMAS hərəkatı girovların təhlükəsizliyini təmin edən qruplarla əlaqəni kəsdiyini, ona görə də onların taleyi ilə bağlı hazırda məlumat olmadığını bildirmişdi.
Yeganə






