Həmas və İsrailin bazar ertəsi, noyabrın 20-də atəşkəs razılaşması əldə etməsi və bir sıra girovların azad edilməsi barədə xəbərlər həqiqətə uyğun deyil. Elchi.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumatlı mənbələrə istinadən yazır.
Üstəlik, HƏMAS-ın yüksək rütbəli üzvü İzzat ər-Rişekə görə, “Mediyanın HƏMAS mənbələrinə istinadən mübadilə razılaşması ilə bağlı xəbərlərində heç bir həqiqət yoxdur”. Bundan əlavə, Fələstinli həmsöhbətlər və Haaretz üçün Misirli mənbə bildirib ki, hazırda atəşkəs razılaşması yoxdur.
Qeyd edək ki, Noyabrın 19-da Misir və ABŞ nümayəndələrinin Qəzza zolağında atəşkəslə bağlı danışıqlara başladığı bildirilib. Ekspertlərin aydınlaşdırdığı kimi, Qahirə Fələstin ərazisində atəşkəs məsələsində ABŞ və tərəfdaşları ilə fəal şəkildə qarşılıqlı fəaliyyət göstərir.
Havar Şəfiyeva






