ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynaya 100 milyon dollar dəyərində yeni hərbi yardım paketini açıqlayıb. Elchi.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Onun sözlərinə görə, Kiyevə yeni yardım paketinə artilleriya üçün döyüş sursatları, həmçinin hava hücumundan müdafiə vasitələri daxildir.
Ostin bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşmüşdü. ABŞ Müdafiə Nazirliyinin rəhbəri Ukrayna lideri ilə görüşü şərəf adlandırıb. O, müttəfiqləri və tərəfdaşları ilə Ukraynanın döyüş ehtiyaclarını dəstəkləməyə davam edəcəyinə söz verib.
Havar Şəfiyeva






