Nazirin sözlərinə görə, düşmənin 330-dan çox hədəfi raket zərbələri ilə vurulub.
Elchi.az xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Ukraynada keçirilən xüsusi əməliyyat zamanı rus qoşunları düşmənə 270-dən çox raket zərbəsi endirib.
“270-dən çox raket zərbəsi endirilib, 330-dan çox obyekt vurulub. Bu il hərbi qrupların maraqları üçün raketlərin tədarükü 3 dəfədən çox artırılıb”, – deyə nazir Rusiya Müdafiə Nazirliyinin teleqram kanalında bildirib.
O, həmçinin xüsusi əməliyyat zamanı Rusiya silahlarının yüksək effektivlik göstərdiyini qeyd edib. Ötən illə müqayisədə raket və artilleriya silahlarının tədarükü 5 dəfə, pilotsuz təyyarələrin təchizatı isə 16 dəfə artıb.
Şayəstə Hüseynova






