Rusiya prezidenti Vladimir Putin bildirib ki, Qəzza zolağında humanitar fasilələr girovları azad etmək və insanları təxliyə etmək üçün lazımdır. Elchi.az xəbər verir ki, “BRİKS”-in onlayn sammiti Kremlin Telegram kanalında yayımlanıb.
“Humanitar fasilələr və ya daha yaxşısı, təbii ki, tam atəşkəs, girovların azad edilməsi, mülki şəxslərin və əcnəbi vətəndaşların Qəzza zolağından təxliyəsi üçün səylərin davam etdirilməsi üçün lazımdır”, – deyə dövlət başçısı izah edib.
Putin Moskvanın mövqeyinin ardıcıl və qeyri-opportunist olduğunu vurğulayaraq, atəşkəsə nail olmaq və Fələstin-İsrail münaqişəsinin siyasi həllini axtarmaq üçün beynəlxalq ictimaiyyəti birgə səylərə çağırıb. Rusiya liderinin sözlərinə görə, bu işdə BRİKS və region ölkələri əsas rol oynaya bilər.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fələstin dövlətinin yaradılması məsələsinə təcili qayıtmağa çağırıb. Onun sözlərinə görə, BMT çərçivəsində və 2002-ci il Ərəb Sülh Təşəbbüsü çərçivəsində təsdiq edilmiş beynəlxalq səviyyədə tanınmış əsasda danışıqlara başlamaq lazımdır.
Havar Şəfiyeva






