Cənubi Koreya Baş Qərargahının yaydığı açıqlamada Şimali Koreyanın içərisində casus peyki olan raket atdığı bildirilib. Şimali Koreya rəsmiləri “Malligyong-1” peykinin uğurla orbitə çıxarıldığını bildiriblər.
Elchi.az xəbər verir ki, Şimali Koreya içərisində casus peyki olan raket buraxılıb.
Şimali Koreyanı təqib edən internet saytı “NK News”un xəbərinə görə, Cənubi Koreya Baş Qərargahının (JCS) verdiyi açıqlamada Şimali Koreyanın orbitə raket atdığı, görünür ki, casus peyki daşıdığı bildirilib.
Açıqlamada raketin yerli vaxtla saat 10.50-də cənuba doğru atıldığı iddia edilib.
Yaponiya Sahil Mühafizəsi də bölgədəki gəmilərə raketin düşən hissələri barədə xəbərdarlıq edib.
Pyonyan administrasiyasının bugünkü addımı mayın 31-də və avqustun 23-də uğursuz casus peyk buraxma cəhdlərinin üçüncüsü idi.
Nuranə Məmmədova






