İsrailin Fələstinin radikal HƏMAS hərəkatı ilə Qəzza zolağında saxlanılan girovların azad edilməsinə dair razılaşması və dörd günlük humanitar fasilə münaqişənin mümkün sona çatmasına ümid verir.
Elchi.az xəbər verir ki, bu fikirləri Sputnik radiosuna açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Bu, qəbul edilmiş ən mühüm qərardır və hələ də gərginliyin azaldılmasının mümkünlüyünə ümid verir”, – diplomat bildirib.
O, müvəqqəti atəşkəsin pozulmayacağına ümid etdiyini bildirib.
Nuranə Məmmədova






